
Bakı. Trend:
Aprelin 11-də ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması
polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 16, o cümlədən borclu şəxs qismində
axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.





























