Advertisement

Sabahın hava PROQNOZU – Trend.Az

Bakı. Trend:

Aprelin 13-də Azərbaycanda gözlənilən hava şəraiti
açıqlanıb.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz
keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-11°, gündüz 15-20° olacaq. Atmosfer
təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60 %,
gündüz 40-45 % olacaq.

Aprelin 13-də Azərbaycanın rayonlarında da havanın əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə
arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək
çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı
var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 20-25°, dağlarda gecə 0-5°,
gündüz 7-12° olacaq.