
Bakı. Trend:
Türkiyədə son 5 gün ərzində 30 şəhərdə keçirilən “Qalxan-19”
əməliyyatları çərçivəsində 1177 immiqrant saxlanıb.
Trend xəbər verir ki, bu
barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi “X”
platformasında paylaşım edib.
O qeyd edib ki, Türkiyənin hər bir bölgəsində qətiyyətlə həyata
keçirilən əməliyyatlar nizamsız miqrasiyanın və immiqrant
qaçaqmalçılığının qarşısının alınması üçün fasiləsiz olaraq davam
edəcək.
“Ölkəmizi qeyri-qanuni miqrasiya üçün hədəf və tranzit
marşrutuna çevirməyə çalışan immiqrant qaçaqmalçılarına heç vaxt
imkan verməyəcəyik”, – nazir əlavə edib.





























