
Bakı. Trend:
Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən
şimal-qərb küləyi əsir.
Bunu Trend-ə açıqlamasında
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru
Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, külək axşama doğru zəifləyəcək: “Aprelin
13-ü və 14-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq,
əsasən yağmursuz keçəcək. Mülayim cənub-küləyi əsəcək. Havanın
maksimal temperaturu 15-20 dərəcə isti olacaq. Bölgələrdə də
aprelin 13-də yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin hava
şəraiti ayın 13-ü gündüz bəzi dağlıq ərazilərdə, 14-ü gündüz dağlıq
ərazidən başlayaraq, 15-i axşamadək isə bəzi yerlərdə arabir
yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı
ehtimal edilir”.
G.Məmmədova qeyd edib ki, havanın maksimal temperaturu Aran
rayonlarında 20-25, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti
olacaq.





























