
Bakı. Trend:
Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri
Şurasının növbəti iclası oktyabrın 7-də Moskvada keçiriləcək.
Trend Rusiya
KİV-ə istinadən xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey
Lebedev Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən
iclasında deyib.
Onun sözlərinə görə, məhdud tərkibdə keçirilən görüşdə 2024-cü
il oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının
növbəti iclasını keçirmək barədə qərar qəbul olunub.
Lebedev bildirib ki, nümayəndə heyətlərinin rəhbərləri məhdud
tərkibli görüşün əsas hissəsini beynəlxalq gündəliyin aktual
məsələləri və Birlik çərçivəsində qarşılıqlı fəaliyyətə dair açıq
fikir mübadiləsi üçün istifadə ediblər.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan,
Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın
diplomatik orqanlarının rəhbərləri və nümayəndələri iştirak
ediblər.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























