Advertisement

Ermənistanda ağır cinayətlərin sayı artıb

Bakı. Trend:

2023-cü ildə Ermənistanda ağır cinayətlərin sayı 2022-ci illə
müqayisədə 90,7 faiz artaraq 798 fakt təşkil edib. Cinayətlərin
sayının kəskin artması qanunvericilikdəki dəyişikliklərlə
bağlıdır.

Trend erməni KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol
Paşinyan hökumətin aprelin 12-də keçirilən iclasında söyləyib.

Onun sözlərinə görə, əvvəllər ölkədə törədilən cinayətlərlə
bağlı konkret siqnal olmadığı üçün cinayət işi açılmırdı. İndi isə
hər bir cinayət əməlinə görə, iş açılır və cinayət işi başlanılır.
İndi məlum olur ki, xüsusilə ağır cinayətlərin sayı kəskin
artıb.

Xatırladaq ki, 2023-cü ildə Ermənistanda xüsusilə ağır
cinayətlərin sayı 798 və ya 90,7 faiz artaraq 1678 olub. Bu
cinayətlərin üstünün açılması faizi isə çox aşağıdır.