Advertisement

Dərnəgüldə fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən
hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş
verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Trend-ə verilən
xəbərə görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş
operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən
qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif
tərkibli tullantılar yanıb.

Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə
olunub.