Advertisement

Azərbaycan gimnastı qızıl qazanıb – Trend.Az

Bakı. Trend:

Azərbaycan gimnastı Qırğızıstanın paytaxtı Bişkekdə bədii
gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnirdə qızıl medal
qazanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, Mədinə Abbaslı bütün rəqiblərini arxada
qoyub.

O, çoxnövşülükdə fəxri kürsünün ən yüksək pilləsində yer
alıb.

Qeyd edək ki, bu gün start götürən yarış 3 gün davam edəcək.