Advertisement

ABŞ-da atışma baş verib, ölən var

Bakı. Trend:

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində atışma baş verib.

Trend xəbər verir ki, şəhər yaxınlığında şübhəli avtomobilin
olması ilə bağlı zəngdən sonra hadisə yerinə gedən polis
əməkdaşları və avtomobilin içərisində olan iki nəfər arasında
atışma başlayıb.

Hadisə nəticəsində 18 yaşlı şübhəli şəxs ölüb, 17 yaşlı digər
gənc yaralanıb. Həmçinin atışmada polis zabiti Cozef Makkinni
həyatını itirib.