Advertisement

ABŞ Dövlət katibinin müavini Türkiyəyə səfər edəcək

Bakı. Trend:

ABŞ Dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə
səfər edəcək.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, Türkiyə rəsmiləri ilə keçiriləcək
görüşlər zamanı Dövlət katibi Antoni Blinken və Türkiyə xarici
işlər naziri Hakan Fidanın iştirakı ilə martın 7-8-də Vaşinqtonda
keçirilmiş ABŞ-Türkiyə Strateji Mexanizm üzrə görüşün nəticələri,
vacib ikitərəfli və qlobal məsələlər, o cümlədən Qəzza və
Ukraynadakı münaqişə, eləcə də bu yay Vaşinqtonda keçiriləcək NATO
sammitinə hazırlıq məsələləri müzakirə ediləcək.

Məlumata görə, görüşlərdə iki ölkə arasında ticarət və
investisiya əlaqələrinin genişləndirilməsi imkanları müzakirə
olunacaq.