
Bakı. Trend:
Egey dənizinin Türkiyə hissəsində 4,5 maqnitudada zəlzələ
olub.
Trend xəbər verir ki, bu
barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması
İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Çanaqqala vilayətinin
Gökçeada rayonu sahillərindən 246 km aralıda yerləşib. Zəlzələnin
ocağı 5,68 kilometr dərinlikdə qeydə alınıb.





























