Advertisement

Bu ilin ilk 3 ayında DSMF-nin xərcləri nə qədər olub?

Bakı. Trend:

Yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 14
faiz və ya 207 mln. manat artaraq 1 mlrd. 701 mln. manat təşkil
edib.

Bu barədə Trend-ə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial
Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd edilib ki, fondun gəlirləri bu ilin üç ayında proqnozla
müqayisədə 7 faiz və ya 108 mln. manat çox olmaqla 1 mlrd. 673 mln.
manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta
daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 mln.
manat artaraq 1 mlrd. 318 mln. manat olub.

Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 mlrd. 701 mln. manat
təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və
ya 207 mln. manat çoxdur.