Advertisement

Yanvar-mart aylarında Türkiyənin İrana dəri məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin İrana dəri
məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 12,1 faiz
azalaraq, 663 min dollara bərabər olub.

Trend-in
məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət
Nazirliyindən bildiriblər.

“2024-cü ilin mart ayında Türkiyə İrana 115,8 min dollar
məbləğində dəri məhsulları ixrac edib ki, bu da ötən ilin eyni
dövri ilə müqayisədə 50,5 faiz azdır”, – deyə nazirlikdən
bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin
dünya bazarlarına dəri məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə
müqayisədə 28 faiz azalaraq, 409,6 milyon dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 146,2 milyon dollar məbləğində dəri
məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə
33,4 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 – mart 2024)
Türkiyə 1,7 milyard dollar məbləğində dəri məhsulları ixrac
edib.