Advertisement

Rusiya və İran XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı
Hüseyn Əmir Abdullahianla telefon danışığında İsrailin İranın
Suriyadakı konsulluğuna zərbəsini kəskin şəkildə pisləyib.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat
yayıb.

“Əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəldilib. Rusiya tərəfi
bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hava
zərbəsini kəskin şəkildə pislədiyini vurğulayıb”, – deyə
bildirilib. Danışıq zamanı qeyd olunub ki, toxunulmazlığı müvafiq
Vyana Konvensiyaları ilə təmin edilən diplomatik və konsulluq
obyektlərinə edilən hər hansı hücumlar qəti şəkildə
qəbuledilməzdir.

Lavrov və Abdollahian beynəlxalq və regional gündəmdəki cari
məsələlər üzrə yüksək səviyyədə koordinasiyanın saxlanmasına sadiq
olduqlarını təsdiqləyiblər.