Advertisement

Britaniya qırıcı təyyarələrini Yaxın Şərqdə yerləşdirib

Bakı. Trend:

İranın İsrailə hücumu fonunda Böyük Britaniya raket və dronları
ələ keçirməyə hazır olmaq üçün Yaxın Şərqə Kral Hərbi Hava
Qüvvələrinə məxsus daha çox qırıcı təyyarəsi yerləşdirməyə qərar
verib.

Trend-in məlumatına görə, bu barədə Birləşmiş Krallığın Müdafiə
Nazirliyi xəbər verib.

Bəyanatda qeyd olunub ki, İraq və Suriyada “İslam Dövləti”
qruplaşması ilə mübarizə məqsədi daşıyan “Shader” əməliyyatı
çərçivəsində Kral Hərbi Hava Qüvvələrinə məxsus əlavə təyyarələr və
yanacaq dolduran təyyarələr yerləşdirilib. Bildirilib ki, bu
Britaniya təyyarələri zərurət yaranarsa, öz missiya əraziləri
daxilində istənilən hava hücumunun qarşısını almağa hazırdır.