Advertisement

Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi
380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci
mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 150 m²
sahədə yanıb. Yüksək temperaturdan evin 2-ci mərtəbəsində eyvanın
lambirdən ibarət tavanı 40 m² sahədə deformasiyaya uğrayıb.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.