Advertisement

İranın İsrailə hava hücumu nəticəsində 7 yaşlı uşaq həlak olub

Bakı. Trend:

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində
yeddi yaşlı uşaq həlak olub.

Trend xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri
Simone Halperin “TASS”a açıqlamasında deyib.

“Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən
dünyasını dəyişib”, – deyə diplomat bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat
keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri
endirilib.