Advertisement

Ceyhun Bayramov Özbəkistana işgüzar səfər edib

Bakı. Trend:

14 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar
səfərə yola düşüb.

XİN-dən Trend-ə bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun
Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri
arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq
qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi
nəzərdə tutulur.