Advertisement

Boksçumuz Avropa çempionu olub – Trend.Az

Bakı. Trend:

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna
layiq görülüb.

Trend İdman.biz
istinadən xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan idmançı bu
uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında
keçirilən qitə birinciliyində imza atıb.

O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu
xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27,
30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə
Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı
(54 kq) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.