Advertisement

Aİ-nin fövqəladə sammitində Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərliyi aprelin 17-18-də
keçiriləcək fövqəladə Aİ sammiti zamanı Yaxın Şərqdəki vəziyyəti
müzakirə edəcək.

Trend-in
məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel “X” sosial şəbəkəsində yazıb.

“Yaxın Şərqdəki, o cümlədən Livandakı vəziyyət gələn həftə
Avropa Şurasında müzakirə olunacaq”, – deyə o qeyd edib.

Ş.Mişel bunu İranın İsrailə zərbələri ilə bağlı G7-yə sədrlik
edən İtaliyanın təşkil etdiyi G7 liderlərinin videokonfransından
sonra bildirib.

Onun sözlərinə görə, iclas iştirakçıları “İranın İsrailə misli
görünməmiş hücumunu yekdilliklə pisləyiblər”. “Bütün tərəflər
təmkinlik nümayiş etdirməlidirlər, biz gərginliyi azaltmaq üçün
bütün səylərimizi davam etdirəcəyik”, – deyə Avropa Şurasının
rəhbəri vurğulayıb.