Advertisement

“Fənərbağça” qadın basketbol komandası Avropa Liqasının qalibi olub

Bakı. Trend:

Türkiyənin “Fənərbağça” qadın basketbol komandası Avropa
Liqasının qalibi olub.

Trend-in məlumatına görə, İstanbul təmsilçisi turnirin finalında
Fransa “Villeneuve”sini 106:73 hesabı ilə məğlub edərək kuboka
sahib çıxıb.

Bununla da “sarı-lacivərdlilər” ardıcıl ikinci dəfə bu kuboku
qazanmağı bacarıblar.