Advertisement

İştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq – Nərmin Carçalova

Bakı. Trend:

Ölkəmiz bugünədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi
edib.

Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin İdarə
Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova
COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında
bildirib.

“Lakin iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev
sahibliyi edəcəyi ən böyük tədbir olacaq. Tədbirin keçiriləcəyi
məkan kimi Bakı Stadionu seçilib. Bu qərar BMT (UNFCCC) ilə
məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə
alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyükmiqyaslı
tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı
tam təmin edilib”,- deyə o bildirib.

Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl
zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf
mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin
planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə
hazırlanır:

“Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili
üçün stadion ətrafında əlavə konstruksiyalar quraşdırılacaq. Bütün
yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən
təqdim ediləcək”.

Xəbər yenilənəcək