Advertisement

Azərbaycan əhalisinin sayı açıqlanıb – Trend.Az

Bakı. Trend:

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 6769 nəfər və ya 0,1
faiz artaraq 2024-cü il mart ayının 1-i vəziyyətinə 10187539 nəfər
təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.

Qeyd edilib ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5
faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə
qadınlar təşkil edir.