
Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbələri tərəfindən 17081 doğulan körpə qeydə
alınıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 10,2-yə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5
faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz olub. Körpələrdən
594-ü əkiz, 36-sı üçəm doğulub.





























