Advertisement

Evlənənlər azalıb, boşananlar çoxalıb – Trend.Az

Bakı. Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən
2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıb.

Bu barədə Trend
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, boşanma hallarının sayı isə 3456 təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə
nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə
1,8-dən 2,1-ə qədər artıb.