
Bakı. Trend:
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyada neft emalı
zavodlarına hücumlarla dünyada energetika sahəsindəki vəziyyət
arasında səbəb-nəticə əlaqəsi görmədiyini bildirib.
Trend xəbər
verir ki, Ukrayna XİN rəhbəri bu barədə milli telemarafonun
efirində Pentaqon rəhbəri Lloyd Ostinin açıqlamalarına cavab olaraq
deyib.
Kulebanın sözlərinə görə, Rusiyada neft emalı zavodlarında (NEZ)
partlayış və yanğınlar dünya enerji bazarına deyil, yalnız Rusiya
bazarına təsir göstərə bilər.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir
Zelenski ABŞ-nin Rusiyadakı neft emalı zavoduna PUA hücumlarına
reaksiyasının müsbət olmadığını bildirib.
“Biz öz PUA-larımızdan istifadə etdik. Heç kim bizə bunu edə
bilməyəcəyimizi deyə bilməz”, – deyə Zelenski əlavə edib.
Ukrayna prezidenti PUA hücumlarının Rusiyanın Ukraynanın enerji
infrastrukturuna zərbələrinə cavab olduğunu bildirib.





























