
Bakı. Trend:
Elit sinifli toxum alınmadığı halda R1 reproduksiyalı toxumlar
üçün subsidiya ödənilib.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət
auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində
qeyd edilib.
“Əvvəlki illərdə Elit sinifli toxumu (gömrük bəyannamələri,
elektron qaimə-fakturalar və (və ya) Nazirliyin Elit toxumunun
güzəştli satışı üzrə adlı bölgüsü ilə təsdiqlənən toxum alışı üzrə)
alınmadığı halda növbəti ildə R1 reproduksiyalı toxumların istehsal
edilərək satılması adı altında toxumçu təsərrüfatı kimi qeydiyyata
alınmış şəxslərə toxum subsidiyalarının ödənilməsinə yol verilmiş,
eyni zamanda ümumi toxum subsidiyasının 2021-ci ildə 73,2%-ni,
2022-ci ildə 53,7%-ni əldə etmiş, toxumçu kimi qeydiyyata alınmış
hüquqi və fiziki şəxslər üzrə həmin toxumun istehsalı üçün bəyan
dövründə müvafiq əkin sahələri bəyan olunmamışdır.
Qeyd edilən uyğunsuzluqların daxili nəzarət qaydasında vaxtında
araşdırılması və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin
tətbiqi təmin edilməmiş, alış və satış əməliyyatlarının mühüm
təsdiqedici ilkin sənədləri kimi elektron qaimə-fakturalara və
idxalda gömrük bəyannamələrinə əsaslanmamaqla toxumçuluğun
subsidiyalaşdırılması prosesi üzərində məsafədən dövlət nəzarətinin
müasir rəqəmsal elementlərindən istifadə olunmaması sinifli və (və
ya) reproduksiyalı toxumların hərəkətinin həqiqiliyini sual altında
qoymuşdur ki, bu da müəyyən intizamsızlıq hallarının baş verməsinin
və “toxum subsidiyası” adı altında əsassız ödənişlərin həyata
keçirilməsinin qarşısının alınmasına yardım etmir”, – deyə nömrədə
qeyd olunub.



























