Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
30.08.2026 02:05 · Xəbər xətti

“Qalatasaray” “Göztəpə”ni məğlub edib – Türkiyə Super Liqası

“Qalatasaray” Türkiyə Super Liqasının üçüncü turunda evdə “Göztəpə”ni 3:2 hesabı ilə məğlub edib. Oyun İstanbulun “RAMS Park” stadionunda keçirilib.

Hesabı 16-cı dəqiqədə “Göztəpə”nin yarımmüdafiəçisi Novatus Miroşi açıb. 33-cü dəqiqədə Davinson Sançes hesabı bərabərləşdirib.

55-ci dəqiqədə Qabriel Sara “Qalatasaray”ı önə çıxarıb. 63-cü dəqiqədə Viktor Osimhen penaltini dəqiq yerinə yetirib və hesab 3:1 olub. “Göztəpə”nin hücumçusu Juan Santos 65-ci dəqiqədə fərqi azaltdıqdan sonra matç 3:2 hesabı ilə yekunlaşıb.

Turun digər matçında “Qaziantep” doğma meydanda “Rizespor”a 1:2 hesabı ilə uduzub.

Mənbə: az.trend.az