Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, Avropa ölkələri Rusiya ilə siyasi səviyyədə danışıqları bərpa etməlidir. Bu barədə o Bild qəzetinə müsahibəsində danışıb.
Stubb vurğulayıb ki, Avropada kimsə Rusiya ilə dialoqu yeniləməlidir və ölkələr siyasi səviyyədə danışmalıdırlar.
O həmçinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin Moskvaya səfərini alqışladığını və amerikalıların və rusların müxtəlif formatlarda əlaqə saxlamalarını doğru hesab etdiyini bildirib.
Mənbə: az.trend.az
