Advertisement

“TikTok”da azyaşlı övladı ilə tanınan Sadiq Mirzəyev həbs olundu

Bakı. Trend:

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi
dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar
etməkdə ittiham olunan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən
qanunamüvafiq tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə
baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə
tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

Məhkəmənin qərarı ilə S.Mirzəyev 30 sutka inzibati qaydada həbs
edilib.