Advertisement

Bu ölkə Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edəcək

Bakı. Trend:

Tacikistan aprelin 20-dən etibarən Türkiyə vətəndaşları üçün
viza rejimi tətbiq edəcək.

Trend xəbər
verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Qeyd olunub ki, Tacikistana səfər etmək istəyən Türkiyə
vətəndaşları ölkənin xaricdəki səfirlik və konsulluqlarında viza
əldə edə bilərlər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Tacikistan vətəndaşları üçün
aprelin 20-dən etibarən viza rejimi tətbiq edib. Belə ki, Türkiyəyə
səfər etmək istəyən Tacikistan vətəndaşları da bundan sonra viza
əldə etməli olacaqlar.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun