
Bakı. Trend:
Böyük Britaniya ölkəyə gəlmiş qanunsuz miqrantların bir
hissəsini Ermənistana göndərməyi planlaşdırır.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Böyük Britaniya hökuməti qanunsuz miqrantların
göndərilməsi ilə bağlı 10-a yaxın ölkəyə, o cümlədən, Paraqvay,
Ekvador, Peru, Braziliya və Kolumbiyaya müraciət edib. Lakin
sözügedən ölkələr təklifə maraq göstərməyiblər. Namibiya, Mərakeş,
Tunis və Qambiya isə ümumiyyətlə müzakirələrdə iştirak etməkdən
imtina ediblər.
Böyük Britaniyanın Ermənistan, Fildişi Sahili, Kosta-Rika və
Botsvana ilə artıq danışıqlara başladığı qeyd olunub.





























