
Bakı. Trend:
İtaliyanın Tehranda konsulluğu 14 aprel tarixindən naməlum
müddətədək bağlanıb.
Trend-in məlumatına görə, bu barədə İtaliyanın Tehrandakı
Səfirliyi “X” şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, zəruri məsələlər olduğu halda, İtaliya
vətəndaşları elektron vasitə ilə konsulluqla əlaqə saxlaya
bilərlər.
Qeyd edək ki, aprelin 14-də Niderland Xarici İşlər Nazirliyi
İran və İsrail arasında artan gərginlik fonunda Niderlandın
Tehrandakı səfirliyini bağladığını elan edib.





























