
Bakı. Trend:
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı
Akop Aslanyan sərnişin avtobusunda vətəndaşla dalaşıb.
Trend xəbər
verir ki, bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.
Deputat onu tənqid edən vətəndaşla mübahisəyə başlayıb, daha
sonra isə telefonu kişinin əlindən yerə salıb.





























