
Bakı. Trend:
Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid
Məcid Qafilebaşını çağırıb.
Trend İran KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri
Yan Lipavski bildirib.
Qeyd olunub ki, səfirin XİN-ə çağırılma səbəbi İranın İsrailə
hücumu ilə bağlı olub.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk
birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.





























