
Bakı. Trend:
İsrail İranın hücumuna qarşı cavab tədbiri hazırlayır.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş
Qərargah rəisi, general Herzi Halevi İranın hücumunda hədəf alınan
Nevatim Hava Bazasından verdiyi açıqlamasında bildirib.
“Biz gələcək addımları nəzərdən keçiririk. Pilotsuz uçuş
aparatları və qanadlı raketlərlə hücuma cavab verilməlidir”, –
Halevi deyib.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk
birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.





























