
Bakı. Trend:
Tbilisinin mərkəzindəki Rustaveli prospektində, parlament
binasının qarşısında xarici agentlər haqqında qanun layihəsinə
qarşı etiraz aksiyası keçirilir.
Trend xəbər verir ki, Rustaveli prospektində hüquq-mühafizə
orqanlarının əməkdaşları səfərbər olunub. Onlar toplaşanları
dağılmağa çağıraraq əks halda qanuni tədbirlər tətbiq olunacağını
bildiriblər.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etiraz aksiyasının
iştirakçılarına müraciət edərək, onları azad toplaşmaq və ifadə
azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.
Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib.





























