Advertisement

Liviya neft hasilatına görə Afrikada lider oldu

Bakı. Trend:

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft
hasilatına görə Afrikada birinci ölkə olub.

Trend xəbər verir ki, son 10 ildə ilk dəfə olaraq Nigeriya neft
hasilatını sabit saxlamaqda çətinlik çəkir.

Belə ki, martda Liviya gündəlik 1,32 milyon barel, Nigeriya isə
1,23 milyon barel neft hasil edib.

Liviya hakimiyyət orqanları son aylarda hasilatı durmadan
artırır.