
Bakı. Trend:
Bu gün şahmat üzrə İddiaçılar Turnirində XI turun oyunları baş
tutub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan
turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov növbəti
görüşünü keçirib.
O, Hikaru Nakamura ilə qarşılaşıb. 29 yaşlı təmsilçimiz qara
fiqurlarla oynayıb.
Nicat turnirdə 4-cü məğlubiyyətini alıb. O, 3 xalla turnir
cədvəlində 8-ci pillədə qərarlaşıb.
İddiaçılar Turniri
X tur, 15 aprel
Hikaru Nakamura – Nicat Abasov – 1:0
Fabiano Karuana – Alireza Firuzya – 1:0
Yan Nepomnyaşi – Dommaradju Qukeş – 0,5:0,5
Rameşbabu Praqnanandja – Vidit Santoş Qujrati – 0,5:0,5
Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan),
Yan Nepomnyaşi (FİDE) – 6, 3. Rameşbabu Praqnanandja (Hindistan) –
5,5, 4. Hikaru Nakamura (ABŞ) – 5,5, 5. Fabiano Karuana (ABŞ) –
5,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzya
(Fransa) – 3,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.
Qeyd edək ki, X turdan sonra şahmatçılara bir günlük istirahət
verilib. XI turun matçları aprelin 17-də baş tutacaq.





























