
Bakı. Trend:
Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı
açıqlanıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat
verilib.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-mart aylarında nəqliyyat
sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan
avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin
daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq
7,2 faiz və 7,5 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi (18.6 milyon) isə
minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,4
faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.





























