
Bakı. Trend:
“Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik
edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar
imzalayıb.
Sənədə əsasən, əsasnamənin 2.7.7-ci yarımbəndində “Nazirliyin
işçilərinin” sözləri “Nazirlik sistemində işçilərin” sözləri ilə
əvəz edilib.
Belə ki, əsasnamədə fondun vəsaitindən istifadə istiqamətlərində
“Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada
mükafatlandırılmasına” ifadəsi “Nazirlik sistemində işçilərin
kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına” ifadəsi ilə
əvəzlənib.





























