Advertisement

Emin Əmrullayevdən Xankəndi və Xocalıda məktəb infrastrukturu ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə
məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir.

Trend xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında elm və
təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu kompleks bir işdir:

“Əhalinin köçürülməsi planlarına uyğun olara bu tədbirlər həyata
keçirilir. Bizim bu il ən böyük layihəmiz Qarabağ Universitetidir.
Qarabağ Universitetində tələbələrimizi sentyabrın 15-də böyük
səbirsizliklə gözləyirik. Təbii ki, oraya gələn şəxslərin övladları
üçün də məktəb təminatı olacaq”, – deyə E.Əmrullayev bildirib.