Advertisement

Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılmasında bir sıra Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir – Energetika naziri

Bakı. Trend:

Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılmasında bir sıra
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir.

Trend xəbər
verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Abu-Dabidə
keçirilən “yaşıl” hidrogen sammitində çıxışında deyib.

“Hazırda Aİ ilə birgə “yaşıl enerji” dəhlizini inkişaf
etdiririk. Bu təşəbbüs Azərbaycanda istehsal olunan bərpa olunan
enerjinin Avropaya nəqlinə yönəlib. Həmçinin, “yaşıl enerji”
dəhlizinin yaradılması üzrə bizi Qazaxıstan və Özbəkistanla
birləşdirən daha bir layihə icra mərhələsindədir, burada ekoloji
cəhətdən təmiz hidrogen həyati əhəmiyyətli rol oynayır”, – o
deyib.

Nazir ekoloji cəhətdən təmiz hidrogen sənayesinin tərəqqisi üçün
qarşıda görüləsi işlərin çox olduğunu bildirib.

“Hidrogen istifadəsinin sıfır istifadə ilə oyunun qaydalarını
dəyişməsi üçün hələ çox iş görmək lazımdır. Bizim konkret milli
strategiyalar, hüquqi çərçivələr, tənzimləmə tədbirləri və əlbəttə
ki, rəqabət qabiliyyətli istehsal, mühüm investisiyalar və
infrastruktura ehtiyacımız var. Bundan başqa, suyun
şirinləşdirilməsi kimi amilləri də nəzərə almaq lazımdır, bu,
hidrogen istehsalının əsas mənbəyi olaraq çıxış edəcək. Etibarlı
qlobal təchizat zəncirinin yaradılması da həlledici əhəmiyyət kəsb
edir. Bu aspektlər üzərində aktiv şəkildə çalışırıq”, – deyə nazir
əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun