Advertisement

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ-ın “Tesla” elektromobil istehsalçısı 140 min əməkdaşından
təxminən 14 minini ixtisar etməyi planlaşdırır.


Trend
xəbər verir ki, bu barədə kompaniyanın Baş direktoru İlon
Maskın əməkdaşlarına göndərdiyi məktubda deyilir.

“Biz işçilərimizin 10 faizdən çoxunu ixtisar etmək barədə çətin
qərar qəbul etdik. Mənim üçün bundan çətin heç nə yoxdur, lakin
bunu etməyə məcburuq”, – deyə məktubda bildirilir.

Bu, kompaniyanın son aylar həyata keçirdiyi ikinci ixtisar
dalğasıdır. Fevral ayında “Tesla” rəhbərliyindən komandadakı “ən
mühüm rolları” müəyyənləşdirmək, həmçinin bəzi əməkdaşların
effektivliyini nəzərdən keçirmək tələb olunub.

Qeyd edək ki, “Tesla” elektromobil zavodu üçün yer axtarmaq
məqsədilə yaxın günlərdə Hindistana mütəxəssislərdən ibarət qrup
göndərməyə hazırlaşır.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun