Advertisement

Türkiyədə KEMANKEŞ kruiz raketinin sınaq prosesi başlayıb

Bakı. Trend:

BAYKAR şirkəti tərəfindən hazırlanan yeni nəsil KEMANKEŞ 2 mini
smart kruiz raketinin sınaq prosesi başlayıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə hərbi mənbələrindən
bildirilib.

Məlumata əsasən, təxminən 1 saat havada qala bilən mini smart
qanadlı raket, reaktiv mühərriki sayəsində sürətlə səyahət edə
biləcək və düşmən xəttinin arxasındakı ən riskli hədəflərə qarşı
təsirli olacaq.

200+ kilometr uçuş məsafəsi olan KEMANKEŞ 2, süni intellektlə
dəstəklənən optik bələdçilik sistemi sayəsində hədəfini tanıyacaq
və çətin hava şəraitində belə onu tam dəqiqliklə məhv etmək
qabiliyyətinə sahib olacaq .

Bundan əlavə, gecə və gündüz şəraitində istifadə oluna bilən
KEMANKEŞ 2, tıxaclara qarşı texnologiyası sayəsində elektron
tıxaclardan təsirlənmədən işləyə biləcək. KEMANKEŞ 2, əldə etdiyi
bütün məlumat və şəkilləri yer idarəetmə stansiyasına ötürərək
istifadəçiyə məlumatların izlənməsində dəstək olacaq.

Qeyd edək ki, Baykar tərəfindən strateji hədəflərə qarşı
istifadə üçün milli və yerli olaraq hazırlanmış mini smart qanadlı
raketin ilk versiyası olan KEMANKEŞ 1 ilk dəfə 27 aprel – 1 may
tarixləri arasında Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2023
sərgisində ictimaiyyətə nümayiş etdirilib. 14 iyun 2023-cü ildə
Bayraktar TB2 PUA-dan atəş açaraq ilk atış sınağını uğurla
tamamlayıb.