
Bakı. Trend:
ABŞ maliyyə naziri Canet Yellen İrana qarşı yeni sanksiyalar
tətbiq etməyə hazırlaşır.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Yellen sanksiyaları Beynəlxalq Valyuta Fondunun
(BVF) Vaşinqtonda keçirilən illik konfransında təqdim edəcək və
konfransda iştirak edən həmkarlarını öz ölkələrində analoji
tədbirlər görməyə çağıracaq.
Qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyi İran rejiminin
fəaliyyətinə mane olmaq üçün müttəfiqləri ilə birgə sanksiya
səlahiyyətlərindən istifadə edəcək.





























