
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-yə xalça
ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 28.6 faiz artaraq, 210
milyon dollara çatıb.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“2024-cü ilin mart ayında Türkiyə ABŞ-yə 68,6 milyon dollar
məbləğində xalça ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə
müqayisədə 3 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin
dünya bazarlarına xalça məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə
müqayisədə 23,9 faiz artaraq, 746,6 milyon dollara bərabər
olub.
Bu ilin mart ayında Türkiyə 247,3 milyon dollar məbləğində xalça
məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə
5,7 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 – mart 2024)
Türkiyə 2,9 milyard dollar məbləğində xalça məhsulları ixrac
edib.





























