Advertisement

Türkiyə terror təşkilatları ilə mübarizəni davam edəcək

Bakı. Trend:

Türkiyə beynəlxalq hüquqa əsaslanaraq ölkə üçün təhlükə yaradan
bütün terror təşkilatları ilə mübarizə aparmağa davam edəcək.

Trend-in “TRT
Haber” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair
məlumatda deyilir.

Qeyd olunur ki, Türkiyə cari məsələlərin həlli üçün müvafiq
tərəflərlə təmasları davam etdirəcək.

“Biz yerlərindən asılı olmayaraq bütün terror təşkilatlarını
təqib etməyə davam edəcəyik”, – bəyanatda deyilir.

Bəyanatda regional və qlobal riskləri artıran Rusiya-Ukrayna
müharibəsinin dərhal atəşkəs və davamlı sülhün bərqərar edilməsi
ilə dayandırılmasının zəruriliyi də qeyd edilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir