Advertisement

Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və
son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat
verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.

Trend xəbər verir ki,
Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə
həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini
dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam
etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq
təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.

Dövlətimizin başçısı Serbiya Prezidentini BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.

Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji
tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və
ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli
qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.