Advertisement

İsrail ilə HƏMAS arasında atəşkəs danışıqları demək olar ki, dondurulub

Bakı. Trend:

İsrail və Fələstinin “HƏMAS” hərəkatı arasında Qəzza zolağında
atəşkəslə bağlı danışıqlar “demək olar ki, dondurulub”.

Trend-in
məlumatına görə, bu barədə “NBC” televiziya kanalı ərəb diplomatına
istinadən bildirib.

Onun sözlərinə görə, danışıqlar İranla gərginliyin İsrail
siyasətində mərkəzi yer tutması ilə bağlı dayanıb.